Qubad İbadoğlunun vəkillərinin şikayəti təmin edilmədi

Qubad İbadoğlunun vəkillərinin şikayəti təmin edilmədi

Noyabrın 14-də Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, məhkəmə vəkillərin şikayətini təmin etməyib:

“Məhkəmə belə əsaslandırdı ki, istintaq gedir və istintaq dövründə götürülmüş materiallardan istifadə oluna bilər. Amma orada hər hansı istifadə olunası material da yoxdur. O ADR məxsus olan sənədlər birbaşa olaraq üzvlərin fərdi məlumatlarıdır. Orada istintaq üçün xüsusi əhəmiyyət kəsb edən sənəd yoxdur. Yaxın günlərdə İqtisadi Tədqiqatlar Mərkəzinin adından anoloji şikayət veriləcək”.

Qalib Toğrul bildirib ki, Qubad İbadoğlu özü də məhkəməyə gətirilib:

“Qubad bəyin səhhətində əvvəlki problemlər hələ də qalır. Xüsusilə belində ağrılar şiddətlənib. Gecələr ağrılar şiddətlənir və ağrıdan yata bilmir. Son iki həftədə dəfələrlə müraciət edib, endokrinoloq, nevropatoloq müalicə etsin. Amma heç kim gəlməyib. Şəkərlə bağlı problem hələ də qalır”.

Editor

Related Posts