Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Birinci 24 xəbər verir ki, bu il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi ilə faktı bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb.

İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

admin

Related Posts