Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıblar – FOTO

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıblar – FOTO

Paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

admin

Related Posts