Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xoşqədəmdən əri ilə bağlı yeni açıqlama: Doğuş nəzarətimdə deyil…

Xoşqədəmdən əri ilə bağlı yeni açıqlama: Doğuş nəzarətimdə deyil…

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramında maraqlı anlar yaşanıb.

Birinci 24 xəbər verir ki, verilişin ekspertlərindən biri anaya üzünü tutaraq övladı ilə yaxından maraqlanmadığı üçün onu tənqid atəşinə tutub:

“Uşağımın telefonu mənim telefonuma köçürülüb. Mən onun hara getdiyini, kiminlə danışdığını, sosial şəbəkələrdə hansı səhifələrə girdiyini, hər şeyi görürəm. Əgər ana evdə övladı ilə maraqlanmırsa, sonu da bu cür olacaq”.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə onun sözünü kəsərək zarafatyana bunu necə etdiyi ilə maraqlanıb:

“Bir dəqiqə, o nə isə dedi, o nə məsələdir telefonu bu telefona köçürmək? Mənə də deyin, evdə Doğuş bəyə tətbiq edim. Mən onu bilmirdim, mənə də de. Uşaqlar nəzarətimdədir, amma Doğuş yox”.

Verilişdən olan həmin kadrlar qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq gülüşlə qarşılanıb.

admin

Related Posts