Cəlilabad rayonunda baş verən ağır qəzada ölənlərin adları məlum olub.
APA-nın xəbərinə görə, həyatını itirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.
Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
23:04
Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbiçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

