Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Azərbaycanın iki rayonunda üç gün qaz olmayacaq

Azərbaycanın iki rayonunda üç gün qaz olmayacaq

Bir neçə rayonun qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

““Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinin 162,4-cü km-də və 147,5-ci km-də görüləcək təmir işləri ilə əlaqədar “Şəmsəbad 2-ci xətt” və “Göyçay-3” ölçü qovşaqlarında 22 noyabr saat 09:00-dan üç gün müddətində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (22-24 noyabr tarixləri) Ağdaş rayon mərkəzi daxil olmaqla rayonun Kükəl, Hüşün, Ərəb, Aral-1, Aral-2, Xosrov, Şəmsabad, Tofiqi, Qarağan Sədi, Qarağan Şıxlar, Əmirmahmud, Bulaqotağı, Yuxarı Qəsil, Aşağı Qəsil, Orta Qəsil, Gülbəndə, Bəylik, Şordəhnə, Qarağan Saatlı və Sadavat kəndlərinin, həmçinin Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət, Qarabağlar, Hüngütlü, Mallı-Şıxlı, Xəlitli, Çərəcə, Müskürlü, Qəbələ-Müskürlü, Yeniarx, Çərəkə, Şıxlar və Ərəbşahverdi kəndlərinin qaz təchizatında fasilə yaranacaq”, – məlumatda bildirilib.

Editor

Related Posts