Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əməkdar artistdə xərçəng aşkarlandı

Əməkdar artistdə xərçəng aşkarlandı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Sevda Əliqızının səhhətində ciddi problemlər yaranıb.

Birinci 24 xəbər verir ki,”Elgizlə izlə” ictimai-sosial verilişin heyəti sənətçiyə evində baş çəkib.

Uzanaqlı vəziyyətdə canlı efirə çıxan Sevda bildirib ki, həkim onkoloq tərəfindən bir neçə müayinələrdən keçib və yaxın günlərdə əməliyyat olunucaq.

Sözügedən proqramın studiyasında qonaq olan müğənninin həkimi vurğulayıb ki, müayinələr zamanı Sevdanın sinəsində süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb.

Bu xəstəlik isə müalicəyə yönümlüdür. Öncə Sevda müalicə, sonra əməliyyat olunacaq.
Bu anda isə Sevda Əliqızı kövrələrək, göz yaşlarına qərq olub.

admin

Related Posts