Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu siyahı qalmaqal yaradacaq – Rəqibi olmadı

Bu siyahı qalmaqal yaradacaq – Rəqibi olmadı

2023-cü il şou-biznesdə qalmaqallar, toylar, ayrılıqlar, barışıqlar yaşanıb. Amma buna baxmayaraq gündəmi mahnıları, şouları ilə zəbt edənlər də az olmayıb. Onların bir çoxunun ifası hətta hit olub. 

Birinci 24 axşam.az-a istinadən 2023-cü ilin hitlərini təqdim edir. 

Bu il şou-biznesdə demək olar ki, hər gün çıxışları gündəm olan Xalq artisti Aygün Kazımova olub. Pop diva bir daha estradanın hələ də yaşadığını, şou-biznesdə yaradıcılıqla da gündəmdə ola biləcəyini göstərib. Şou-biznesin yaradıcısı adlandırılan Kazımovanın il ərzində düz dörd mahnısı dillər əzbəri olub. Onun “Vəfasızlar”, “Qorxuram”, “Parol” və “Çalxala” mahnıları hitə çevrilib. Ölkənin bütün radiolarında, məkanlarında səsləndirilən bəstələr yutubda da izlənmə sayına görə rekord qırıb. Belə ki, “Qorxuram” 11, “Vəfasızlar” 4,6, “Parol” isə 7,7 milyon izlənmə sayı toplayıb. Sözügedən mahnılar ölkə hüdudlarını da aşıb. Dünyanın bir çox ölkəsində iTunes-də dinlənmə sayına görə ilk onluqda yer alıb. “Parol” mahnısı “Apple Music Azerbaijan” və “Yandex Music”də birinci olmağı bacarıb. A.Kazımovanın oxuduğu bir çox mahnılar bu il TikTok-da da ən çox video çəkilənlərdən olub, trenddə birinci yerə yüksəlib. Hətta müğənni il ərzində məkanlarda saysız-hesabsız anşlaqla keçən konsertlər verib. Pop diva şou-biznesdəki birinciliyini 2023-cü ildə də qoruyub. Ölkənin əsas ulduzu 2023-cü ilə çəkdirdiyi “Gəlincik” fotosessiyası ilə də damğa vurub.

2023-cü ildə çox dinlənən mahnılardan biri də Murad Arifin “Çalxala” bəstəsi olub. Murad mahnını əvvəlcə Aygün Kazımova ilə duet şəklində oxuyub. Daha sonra isə ifaçılar bəstəni solo formatda da təqdim ediblər. Murad eyni zamanda “Şuşam” adlı mahnısı və solo konserti ilə də yadda qalıb.

Müğənni Xatirə İslam il ərzində bir neçə yeni mahnı təqdim edib. Onun çox dinlənən ifası isə “Mənim adım ürək” bəstəsidir. Xatirə sözügedən mahnını İlkin Həsənlə duet şəklində səsləndirib. 

Xalq artisti Röya Ayxan da bu il bir neçə dəfə mahnı təqdim edib. Müğənninin hətta 14 bəstənin yer aldığı  “14/41” albomu da 2023-cü ildə işıq üzü görüb. Röya eyni zamanda solo konserti ilə də yadda qalıb. Onun albomda yer alan mahnıları arasında “Onun xəstəsiyəm” bəstəsi çox dinlənənlər sırasında yer alıb. Mahnı yutubda 5,9 milyon dinlənilib. 

Xalq artisti Zülfiyyə Xanbabayeva 2023-cü ildə “Hava var” mahnısını təqdim edib. Bəstə yutubda 229 min izləmə sayı toplayıb. Xanbabayeva mahnıya video çarx da hazırlatdırıb. Bəstə hit ola bilməyib. 

Xalq artisti Tünzalə Ağayeva “Öldür” adlı sinqlını təqdim edib. Amma Ağayeva gündəmə bu il daha çox geyimləri ilə gəlib.

Bu ilin ən səs-küylü ifalarından biri “Dərviş” band qrupunun Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” bəstəsi olub. Mahnını fərqli tərzdə təqdim edən qrup üzvləri ən çox danışılanlardan olub. Onlar məhz bu ifaya görə bir çox konsertlərə, proqramlara dəvət alıblar. Qrup üzvləri daha sonra mahnını N.Musayevlə duet şəklində də səsləndirib. 

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinlə nişanlanan müğənni Mərdan Kazımovla oxuduğu “Unuda bilmirəm” mahnısı da sevilənlər sırasında yer alıb.

Tomris adı ilə yutubda tanınan ifaçının “Necəsən bu gün” adlı mahnısı da 2023-cü ildə dinlənilib və sevilib. 

Əməkdar artist Abbas Bağırov il ərzində “Deprem”, “Əvəzolunmaz” adlı mahnılar təqdim etsə də hit ola bilməyib.

Müğənni Zamiq Hüseynov “İfadə” və “Əfsanə” adlı mahnılar təqdim edib. Amma sənətçinin yeni ifaları hit ola bilməyib.

Bu il çox mahnı təqdim edənlər arasında müğənni Elvin Abdullayev də yer alıb. O, “Ağ göyərçin”, “Darıxmışam”, “Oyna”, “Özəl günüm”, “Yolun açıq olsun”, “Eşq qırmızı” kimi ifaları 2023-cü ilin yeni mahnıları sırasında yer alıb. 

Müğənni Dilarə Kazımova il ərzində “Olmaz”, “Dəli”, “Alov” kimi mahnılarını və kliplərini təqdim edib. Sənətçinin ekran işlərindən və mahnılarından çox geyimləri müzakirələrə səbəb olub. Onun ifaları arasında ən çox “Dəli” məşhur ola bilib. 

Müğənni Günay İbrahimli il ərzində “Kimə nə”, “Fağır adam”, “Səni sevirəm” kimi mahnılar və kliplər təqdim edib. Sənətçinin “Kimə nə” mahnısı hitə çevrilib. 

Müğənni Şəbnəm Tovuzlu 2023-cü ildə 15 mahnı təqdim edib. Şəbnəm onların bir neçəsinə klip də çəkdirib. Onlar arasında “Qürur”, “Üzülüb əllərim”, “Siyah”, “Bitanem” kimi bəstələr yer alır. Şəbnəmin 15 mahnısı arasında isə ən çox sevilən “Üzülüb əllərim” olub. 

Müğənni Damla 2023-cü ildə “Kibrit”, “Düşmən”, “Nöqtə”, “Demə deyim” kimi mahnılar təqdim edib. Sənətçinin ifaları yutubda milyon baxış toplasa da hit ola bilməyib. Damla il ərzində daha çox geyimləri ilə gündəmə gəlib.

Müğənni Natavan Həbibi 2023-cü ildə ən çox mahnıları ilə gündəmə gəlib. O, bir neçə gün əvvəl isə “Utopia” adlı daha bir mahnısını dinləyicilərin ixtiyarına verib.  

Müğənni Elnarə Xəlilova isə 2023-cü ildə demək olar ki, hər ay yeni mahnı təqdim edib. “Min cavana dəyərəm”, “Qəmzə”, “Like elə” kimi mahnılarını dinləyicilərin ixtiyarına verən Xəlilova Xalq artisti Sərxan Sərxanla da “Məni səsləsən” adlı duet oxuyub.

admin

Related Posts