Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Gədəbəydə elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu taqımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman VAZ-2110 markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevin yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və bu zaman avtomobildə çoxlu elektrik naqilinin olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ. Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Qarıkənd kəndində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.
Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

admin

Related Posts