Lənkəran Şəhər İcra Hakimiyyətinin baş memarı saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – şəhərin baş memarı Elgün Abdullayev saxlanılıb.

Bu barədə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə deyib.

O bildirib ki, faktla bağlı digər şəxslər də saxlanılıb.

İcra başçısının müavini qeyd edib ki, digər saxlanılan şəxslərlə bağlı yaxın vaxtlarda rəsmi məlumat veriləcək.

admin

Related Posts