Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs video-konfrans vasitəsilə qatılıb.

Məhkəmədə şahidlər dindirilib.

Proses yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

admin

Related Posts