Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz-Naxçıvan” növbəti transferini açıqlayıb

“Araz-Naxçıvan” növbəti transferini açıqlayıb

“Araz-Naxçıvan” klubu heyətini daha bir futzalçı ilə gücləndirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkə çempionu braziliyalı Dioqo Auqusto ilə anlaşıb. Oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq.

Qeyd edək ki, 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulu” klubunda çıxış edib. “Araz-Naxçıvan” bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

admin

Related Posts