Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Teylorun pişiyi sevgilisindən zəngindir

Teylorun pişiyi sevgilisindən zəngindir

Amerikalı müğənni Teylor Sviftin pişiyi Oliviya Benson ən zəngin ev heyvanlarından biri elan edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki,onun sərvəti “All About Cats” portalı tərəfindən qiymətləndirilib. Bensonun kapitalı 97 milyon dollar kimi dəyərləndirilir.

2014-cü ildən müğənni ilə birlikdə yaşayan doqquz yaşlı pişik klip və reklamlarda çəkilməklə, həmçinin öz məhsullarını satmaqla pul qazanır.

Benson hətta müğənninin 40 milyon dollar sərvəti olan idmançı sevgilisi Travis Kelsidən də zəngindir.

Qeyd edək ki, Benson ən zəngin ev heyvanları siyahısında üçüncü yerdə qərarlaşıb. Reytinqin birinci sırasında 500 milyon dollarla “The Gunther Corporation” media şirkətinin sahibi Mauritsio Miana məxsus Günter VI adlı it tutur. Növbəti pillədə isə sosial şəbəkələrdə 4 milyondan çox izləyicisi və 100 milyon dollar sərvəti olan Nala adlı pişik qərarlaşıb.

admin

Related Posts