Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yaxşıyam” deyib, əbədi uzaqlaşdı” – Son görüşlərini belə xatırladı

“Yaxşıyam” deyib, əbədi uzaqlaşdı” – Son görüşlərini belə xatırladı

Xalq artisti Naibə Allahverdiyeva mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, aktrisa xanəndə ilə son görüşlərini belə xatırlayıb:

“Əlvida… Son görüşümüz muğam mərkəzində oldu. Bir az kefsiz idim deyə, heç kimə baxmadan asılqana tərəf getdiyim anda kimsə qolumdan tutub, məni qucaqlayaraq dedi: “Necəsiniz, Naibə xanım?”. Fikir qarışıqlığından bir anlıq qarşımda kimin olduğunu sezə bilmədim. Aygün çox dəyişmişdi, sanki kökəlmişdi. Mən də onu qucaqlayaraq “Yaxşıyam canım, sən necəsən” dedim. O isə gözlərindəki özünəməxsus parlaqlığı ilə gülümsəyərək, yaxşıyam dedi və uzaqlaşdı. Özü də əbədi… Xərçəng olduğunu unutmuşdum. Allah sənə rəhmət eləsin, sənətkar”.

admin

Related Posts