Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ölümündən sonra dueti trendə düşdü

Ölümündən sonra dueti trendə düşdü

Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 4 il sonra trendə düşüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki,2019-cu ildə təqdim olunan ekran işi xanəndənin vəfatından sonra yenidən gündəmə gəlib. Buna səbəb isə A.Bəylər dünyasını dəyişəndən sonra N.Camalın “Xəzər TV”nin efirində mahnını tək ifa edərkən ağladığı anların videosunun yayılması olub.

Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda TikTok-da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyev, musiqisi isə Nigar Camala məxsusdur. Aygün və Nigar “Şəhidlər” adlı mahnını da duet şəklində oxuyub.

admin

Related Posts