Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağcabədidə narkotik ƏMƏLİYYATI – FOTO

Ağcabədidə narkotik ƏMƏLİYYATI – FOTO

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb.

Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietilen torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib.

Ondan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

admin

Related Posts