Azərbaycanda tanınmış general-mayor vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev dünyasını dəyişib.
Qeyd edək ki, Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.