Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranda zəlzələdə 300-ə yaxın şəxs yaralanıb, 200 evə ziyan dəyib

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

Zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

admin

Related Posts