
Futbol üzrə Azərbaycan I Divizionunun 6-cı turu çərçivəsində “Araz-Naxçıvan” “Zirə-2”nin qonağı olub.
Bakı şəhərindəki “ASK Arena”da keçirilən görüşdə Naxçıvan təmsilçisi səfərdə “Zirə-2” komandası üzərində 1-0 hesablı qələbə qazanıb.
Oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələnən “Araz-Naxçıvan” hesabı 14 dəqiqədə açıb. Komandanın heyətində Orxan Əliyev fərqlənib. Bununla da o, cari çempionatda qollarının sayını 6-ya çatdırıb. Oyunun 2-ci hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Oyun bu hesabla yekunlaşıb. “Zirə-2” – “Araz-Naxçıvan” 0:1.
Çempionatın 6 ötən turunda qələbə qazanan “Araz-Naxçıvan” xallarının sayını 18-ə yüksəldərək liderliyini daha da möhkəmləndirib.