Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda magistral su xəttində qəza vəziyyəti yaranıb

Naxçıvanda magistral su xəttində qəza vəziyyəti yaranıb

Naxçıvan şəhərində magistral su xəttində qəza vəziyyəti yaranıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, qəza Naxçıvan şəhərinin 54-cü məhəlləsini su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzaya səbəb kimi qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və istismar müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində bəzi küçələrə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar. İdarədən məlumat verilib ki, qısa vaxt ərzində nasazlıq aradan qaldırılacaq və suyun verilişi bərpa olunacaq.

Editor

Related Posts