Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda neçə nəfər qohumu ilə evlənib? – Statistika

Azərbaycanda neçə nəfər qohumu ilə evlənib? – Statistika

2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1 935 olub.

Birinci24.com xəbər verir ki, bu barədə Statistika Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib.

Verilən məlumata əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olub.

2022-ci ildə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayının çoxluğuna görə Bakı şəhəri (742), Mil-Muğan (296), Lənkəran-Astara (274), Qarabağ (226), Abşeron-Xızı (186) regionlarını xüsusi qeyd etmək lazımdır.

Belə nikahların pozulması halları isə 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mil-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında müşahidə olunub.

Editor

Related Posts