Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məlahət Abbasovanın ailəsinə ağır itki

Məlahət Abbasovanın ailəsinə ağır itki

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasovaya ağır itki üz verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, sənətçinin qayınanası dünyasını dəyişib.

Sosial media hesabında paylaşım edən aktrisa bu sözləri qeyd edib:

“Və son. Dünən canım anam evimdə mələk oldu. Sənə “qayınana” deyə bilmirəm, çünki mənə analıq etmisən. Gözəl anam, sən evimin dirəyi idin. Sən anaların anası idin, mələk üzlüm. Yaxşılıq, yardımsevər bir qadın idin, anam. Hamımız pərişanıq. Səndən ötrü çox darıxacağıq. Yaxşı ki, mənim anam oldun. Yaxşı ki, uşaqlarımın sənin kimi nənəsi oldu. Dünən mənə son baxışlarını, mənə “əlvida” deyə əl etməyini əsla unutmayacağam. Haqqın ödənməz. Məkanın cənnət olsun, nurlar içərisində yat! Allah sənə rəhmət etsin!”

Editor

Related Posts