Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıdakı dəhşətli qəzanın görüntüsü yayıldı – Video

Bakıdakı dəhşətli qəzanın görüntüsü yayıldı – Video

Bakının Maştağa qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə anının görüntüsü sosial şəbəkədə paylaşılıb.

Kadrlardan görünür ki, sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirir və nəticədə avtomobil yol kənarındakı digər nəqliyyat vasitələrinə çırpılır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində yüksək sürətlə hərəkət edən avtomobildəki bir uşaq həyatını itirib. 

Qəza zamanı BMW, “Mercedes” və “Chevrolet” markalı avtomobillər zərər görüb.

Qeyd edək ki, baş vermiş hadisənin təfərrüatı ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanıb.

Editor

Related Posts