Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Alsudan milyonçu ərindən boşanmasına ilk reaksiya

Alsudan milyonçu ərindən boşanmasına ilk reaksiya

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Alsu ilk dəfə məsələ ilə bağlı suallara münasibət bildirib.

Müğənni jurnalistlərin suallarını cavablayarkən bu mövzuda danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib:

“Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yolundadır”.

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var – Safina, Mikella və Rafael.

Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.

Editor

Related Posts