Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda əməliyyat zamanı həlak olan polislərin görüntüləri yayıldı – Foto

Bakıda əməliyyat zamanı həlak olan polislərin görüntüləri yayıldı – Foto

Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşı həlak olub – polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərov.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Editor

Related Posts