Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda güclü külək rabitə infrastrukturuna ziyan vurub

Naxçıvanda güclü külək rabitə infrastrukturuna ziyan vurub

Ötən gün axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında hökm sürən qeyri-sabit hava bəzi fəsadlar törədib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, güclü külək nəticəsində Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində iri gövdəli ağaclar aşaraq, infrastrukturun zədələnməsinə səbəb olub.

Nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərinin verilməsində fasilələr yaranıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.

Editor

Related Posts