Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax rayonlarında və Naxçıvan Muxtar Respublikasında şərq küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında isə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 metr/saniyə olacağı gözlənilir.

Editor

Related Posts