Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı problemlər aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub.

İntensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub.

Hal-hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Editor

Related Posts