Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri, 36 yaşlı Pəri Vəliyeva, 29 yaşlı Seyidağa Səmədov və 40 yaşlı İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts