Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Rusiyanın Yakutsk şəhərində “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları keçirilir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, ölkəmizin də təmsil olunduğu yarışlarda 24 idman növü üzrə medalçılar müəyyənləşməkdədir.

Azərbaycan idmançıları Yakutiyada uğurlu nəticələrə imza atıblar. Onlardan biri də Naxçıvan boks məktəbinin yetirməsi Haqverdi Həsənovdur. İdmançı ölkəmizi boks yarışında 57 kq çəki dərəcəsində təmsil edib və bürünc medala layiq görülüb. Ölkəmizi təmsil edən digər boksçulardan Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) da üçüncü olublar. Nihad Qasımov (48 kq) isə yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdıraraq finala yüksəlib.

Qeyd edək ki, iyunun 27-də start götürən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına 24 ölkədən, o cümlədən Rusiyadan beş komandanın idmançıları iştirak edir. Azərbaycan bu yarışa 16 idman növü üzrə 80 idmançı ilə qatılıb. Yarış iyulun 7-nə qədər davam edəcək.

Editor

Related Posts