Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gecəyarı Bakıda yenə ev uçurulub

Gecəyarı Bakıda yenə ev uçurulub

İyulun 5-də gecəyarı Bakıda bir neçə evin sökülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda görünür ki, yaşayış ola-ola divarlar texnikanın köməyi ilə sökülür, bir adam “səsimizə səs verin” qışqırır.

Hadisə Yasamal rayonunda, Behbud Şahtaxtinski küçəsində baş verib.

Nəriman Nəcəfzadə  bildirib ki, B.Şahtaxtinski küçəsindəki 43 saylı ünvanda dördnəfərlik ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evi əmisinin evindən arakəsmə ayırır. Evi sökən özəl şirkət əmisi ilə razılaşsa da, onunla razılığa gəlməyib: “Şirkətdən demişdilər ki, səni də razı salandan sonra evi sökəcəyik. Ancaq gecə bir də gördük, evi ekskavatorun ağzına verdilər. Heç elektrik cərəyanını da ayırmamışdılar. Mənim evim qəzalı vəziyyətə düşdü. “102” və “112” xidmətlərinə zəng etdim. “102” xidmətindən gəldilər, “112”dən isə indiyə qədər xəbər yoxdur”.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin məlumatına görə, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in “102” Mərkəzinə zəng edib. Ərazidə tikinti aparan MTK-nın yaşayış olduğu halda evləri sökməsi barədə məlumat verib.

Polis həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən edib. Söküntünü aparan şirkətin işləri dayandırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ərazidəki evləri sökən “Deluxe Residence” MTK-dan isə AzadlıqRadiosuna deyiblər ki, evin sökülməsi ilə bağlı onlarla N.Nəcəfzadə arasında müqavilə olub. Amma atasının vəfatından sonra N.Nəcəfzadə şifahi şəkildə müqavilədən imtina edib. Bu haqda MTK-ya rəsmi məlumat verməyib.

Bundan əvvəl, iyunun 30-da gecəyarı Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yaşayan Afət Quliyevanın evi qanunsuz sökülmüşdü.

Editor

Related Posts