Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda təhsilə ən çox və ən az pul xərcləyənlər bu rayonlarda yaşayırlar – Rəsmi

Azərbaycanda təhsilə ən çox və ən az pul xərcləyənlər bu rayonlarda yaşayırlar – Rəsmi

Bu ilin ilk rübü ərzində Azərbaycanda adambaşına düşən orta istehlak xərci 349 manat 54 qəpik olub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak xərclərinin cəmi 1,7%-ni və ya 6 manatını təhsil xərcləri təşkil edib.

Qeyd edək ki, təhsilə ən çox pul xərcləyənlər Dağlıq Şirvan iqtisadi rayonunda yaşayanlar olub. Dağlıq Şirvanda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) yaşayan insanların ümumi istehlak xərclərinin 2,8%-i və ya ayda adambaşına 9 manat 80 qəpiyi təhsil xərcləri təşkil edib.

Təhsilə ən az vəsait xərcləyən bölgə isə Mil-Muğan iqtisadi rayonu olub. Mil-Muğanda (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) yaşayan insanlar ümumi istehlak xərclərinin cəmi 1,1%-ni və ya 3 manat 50 qəpiyini təhsilə ayırıblar.

Editor

Related Posts