Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bu il 70 odlu silah polisə təhvil verilib

Naxçıvanda bu il 70 odlu silah polisə təhvil verilib

Naxçıvanda bu ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan prifilaktik tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı, 1 243 ədəd müxtəlif çaplı patron, 18 qumbara və 3 süngü-bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Təhvil verilən odlu silahların 4-ü avtomat, 11-i tapança, 55-i isə müxtəlif markalı tüfəng olub.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində isə 10 odlu silah, 5 patron darağı, 255 mərmi, 2 süngü-bıçaq və 2 top mərmisi aşkar olunaraq götürülüb. Odlu silahlardan 1-i avtomat silahı, 9-u müxtəlif markalı tüfəng olub.

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Editor

Related Posts