Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Polis seçki ilə bağlı aksiyaların qarşısını alacağını deyir

Polis seçki ilə bağlı aksiyaların qarşısını alacağını deyir

Seçki ilə bağlı polis gücləndirilmiş iş rejimində işləyəcək. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək.

Bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmadığını bildirir.

Vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalif təşkilatların mitinq, yürüş üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciətlərinə, bir qayda olaraq, icazə verilmir.

Polis sosial şəbəkələri izləyəcək

“İnternet məkanının və sosial şəbəkələrin davamlı monitorinqləri aparılacaq. Seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan pozucu qüvvələr vaxtında müəyyən edilib barələrində tədbir görüləcək”. Bunu iyulun 10-da MSK-da keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov bildirib.

(Nazir müavininin bu sitatını bir sıra yerli media orqanları, o cümlədən İctimai TV paylaşıb. Ancaq sonradan həmin xəbərlər silinib.-red.)

Beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında Azərbaycan interneti azad olmayan ölkələrin yanında yer alır. Məhdudlaşmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması göstərilir.

Hökumət adətən bu cür hesabatları qərəzli sayır, ölkədə söz, ifadə azadlığının təmin olunduğunu bildirir.

MSK sədri seçkidə tələbləri pozanların cəzalanacağını deyir

“Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 10-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri 1000 məntəqədə vebkameralar quraşdırıldığını vurğulayıb.

Media nümayəndələrinin isə heç bir qurumdan icazə almadan seçkiləri sərbəst işıqlandırdığını bildirib.

Növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Bu ilin fevralında keçirilmiş prezident seçkisi zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən məlumat daxil olub. Vebkameralar da xeyli çatışmazlıqları göstərib.

Editor

Related Posts