Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Görməmiş olmaq lazımdır”

“Görməmiş olmaq lazımdır”

“Maqazin proqramlarının dünya təcrübəsinə baxsaq, maşın, şuba, var-dövlət, ev, mal-mülk göstərmək prestij sayılır”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Tarixin bir günü” verilişində deyib. İfaçı son zamanlar həmkarlarının geyimlərinin, maşınlarının qiyməti ilə gündəmə gəlməsi mövzusuna toxunub:

“Sadəcə biz elə bir dövrdə böyümüşük ki, bizim tərbiyəmiz, gördüyümüz ailə bu görməmişliyi etməyimizə icazə vermir. İstəmirik ki, bunu göstərək, nəyinsə qiymətini deyək, nümayiş etdirək. Hətta elə sualları da sevmirəm. Amma normal baxıram. İndiki zamanda görməmiş olmaq lazımdır. Lakin bu, bizim üçün görməmişlikdir”.

Editor

Related Posts