Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 7,5 dəfə artıb

Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 7,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətlənib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatdırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Özəlləşdirmədən daxil olan vəsait isə ötən ilin 6 ayına nisbətdə 7,5 dəfə artaraq 161,6 min manatdan 1 milyon 215,9 min manata çatıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi sahəsində yeniliklərin tətbiqi diqqətdə saxlanılıb. Cari ilin mart ayından etibarən dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanıb. Ötən müddətdə 276 dövlət müəssisə və təşkilatının balansında olan 1637 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşınmaz dövlət əmlakının registrindən 59 çıxarış verilib.

400 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə daxil edilib.

Editor

Related Posts