Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Uşağı bağçaya “şirinlik”lə yazdırmaq istəyənlərə – Xəbərdarlıq

Uşağı bağçaya “şirinlik”lə yazdırmaq istəyənlərə – Xəbərdarlıq

“Valideynlər bəzən deyir ki, qeyri-qanuni olanda o dəqiqə bağçalara qəbul sistemində boş yer olur. Bildirmək istəyirəm ki, əgər siz uşağınızı qeyri-qanuni yolla bağçaya yazdırırsınızsa, onun adı sistemdə qeyd edilmir”.

Birinci24.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

İ.Rəsulova bildirib ki, bununla bağlı mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür:

“Bununla bağlı töhmət, şiddətli töhmət, hətta işdən çıxarılma halları belə olur. Praktikada bu səbəbdən işdən çıxarılan müdirlər də var”.

Editor

Related Posts