Çimərlikdə 6 min manatlıq telefonlar oğurlanıb

Çimərlikdə 6 min manatlıq telefonlar oğurlanıb

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts