Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Aygün Kazımova 25 il sonra “Tənha qadın”dakı aktrisa ilə görüşdü

Aygün Kazımova 25 il sonra “Tənha qadın”dakı aktrisa ilə görüşdü

Xalq artisti Aygün Kazımovaya qonaq olduğu “İncə səhər” verilişində sürpriz edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Pop kraliça 1999-cu ildə lentə alınan “Tənha qadın” klipində çəkilən Xalq artisti Lətifə Əliyeva ilə görüşüb.

Aktrisa Kazımovanı görmək istədiyini deyərək, studiyaya gəlib. O, ekran işində rol almasından danışıb:

“Səsi çox şirindi. Klipə çəkildim və pulumu da verdi. Qayğılı həyat, iş, unutdum. Gedirəm mağazaya, mən girən kimi bu mahnı qoyulur. Hər yerdə məni görəndə bu mahnı səsləndirilir. Bir dəfə də mağzada qız dedi ki, siz oynayan klipdir. Səsin bal kimidir, yadda qalandır, unudulan deyil. Geyinir, parıldayır, amma onların içində onda bir sadəlik var”.

Qeyd edək ki, “Tənha qadın”ın sözləri Zahidə xanım, musiqisi Cavanşir Quliyevə məxsusdur.

Editor

Related Posts