Avropa İttifaqı (Aİ) Ermənistan vətəndaşları üçün vizasız səyahət rejiminə keçidlə bağlı bu ölkə ilə danışıqlara başlamaq qərarına gəlib.
Birinci24.com DW-yə istinadla xəbər verir ki, razılaşma əldə olunarsa, Ermənistan vətəndaşları vizaya ehtiyac olmadan Şengen üzvü olan 29 ölkəyə sərbəst şəkildə səyahət edə biləcəklər.
Qeyd olunur ki, hazırda bu hüquqa keçmiş sovet ölkələrindən Moldova, Ukrayna və Gürcüstan vətəndaşları malikdir.
İrəvanın vizasız gediş-gəliş üçün yerinə yetirməli olduğu bir sıra kriteriyalar olsa da, Ermənistan mediası danışıqlar prosesinin bir neçə il çəkə biləcəyini yazıb.