Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan-İran sərhədində 2 sərhədçi yaralanıb

Azərbaycan-İran sərhədində 2 sərhədçi yaralanıb

Dövlət Sərhəd Xidməti (DSX) sərhədçilərin həyatına qəsd olunduğu haqda məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə iyulun 24-də, saat 03.30-da Azərbaycan-İran sərhədində baş verib.

DSX-nın məlumatına görə, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib:

“Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib qaçıblar. Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib. Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib”.

DSX iddia edir ki, əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub.

“Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir”,-deyə DSX əlavə edib.

Editor

Related Posts