Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şahbuz rayonunun kəndlərində yanğınlar olub

Şahbuz rayonunun kəndlərində yanğınlar olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Sələsüz kəndində həyətyanı sahədə və bələdiyyəyə məxsus quru otlaq sahədə, Şada kəndində isə məişət tullantıları paliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Editor

Related Posts