Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhriyar qəsəbəsində su problemi yaşanır

Şamaxın rayonunun Şəhriyar qəsəbəsində 2 min nəfərin yaşadığı ”Zaratlılar” məhəlləsi susuz qalıb.

Su üzünə həsrət qalan vətəndaşlar əllərində qablarla yaşadıqları yerdən uzaqda yerləşən bulağa axın edirlər.

Sakinlər uzaq məsafədən avtomobil, əl arabası və yaxud piyada su daşıyırlar.

Onlar iddia edirlər ki, uzun müddətdir heç kimin evinə su gəlmir. Əvvəllər insanlar küçələrindəki bulaq hesabına su ehtiyaclarını təmin edirdilər. Bir neçə ildir ki, həmin bulaqların suyu quruyub. Ona görə də insanlar suya olan tələbatlarını maşınlar və yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar qəsəbənin bələdiyə sədri Sabir Mikayilov bildirib ki, təxminən 50 ailənin yaşadığı məhəllədə bir neçə ildir su problemi yaşanır. Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə məlumat verilib.

Qeyd edilib ki, yeni xətlər çəkildikdən sonra 2 min sakinin içməli su problemi həll ediləcək.

admin

Related Posts