Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samuxda evlərin zirzəmisini və həyətyanı sahələri su basıb – Video

Samuxda evlərin zirzəmisini və həyətyanı sahələri su basıb – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Birinci24.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

“Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir”.

Editor

Related Posts