Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Roza ilə Rövşanə aktrisaya OD PÜSKÜRDÜLƏR: “BİABIRÇILIQDIR”

Ötən günlərdə “Ümidlə gəl” verilişində aktrisa Nəzakət Məmmədovanın həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyi barədə açıqlaması xeyli müzakirə yaradıb.

Eyni proqramda qonaq olan aparıcı Rövşanə Ağasəfqızı sözügedən mövzuya münasibət bildirib.

O, bu cür hadisənin efirdə səsləndirilməsinə qarşı çıxıb:

“Biabırçılığa bax. Qardaşı arvadı bir hoqqa çıxardıb, öz əri bir… Dəhşətli bir şeydir. Olmaz! Elə şeylər var ki, onu efirdə demək, göstərmək olmaz. Bunu ictimailəşdirmək düzgün deyil”.

Verilişdə qonaq olan Roza Zərgərli də Rövşanə ilə eyni fikirdə olduğunu vurğulayıb.

Xatırladaq ki, N. Məmmədova açıqlamasında “Bu haqda mən heç zaman danışmamışam. Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Bu hadisədən sonra qardaşım da boşandı, mən də… İndi mənə xəyanət edən ataya öz övladını göstərim? Niyə?”, – deyə, bildirmişdi.

admin

Related Posts