Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda sərnişin avtobusu qəzaya düşdü. Xəsarət alanlar var – Video

Bakıda sərnişin avtobusu qəzaya düşdü. Xəsarət alanlar var – Video

Bakının Səbail rayonu Badamdar qəsəbəsi ərazisində 31 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu və “KamAZ” markalı yük maşını toqquşub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Toqquşmadan sonra yük maşını “Hyundai” markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, son günlər Bakıda və ətraf ərazilərdə marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı kəskin artıb.

Editor

Related Posts