Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda bu il buraxılış və qəbul imtahanlarında son 5 ilin ən yaxşı nəticəsi qazanılıb

Naxçıvanda bu il buraxılış və qəbul imtahanlarında son 5 ilin ən yaxşı nəticəsi qazanılıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, qəbul imtahanlarında 104 abituriyent 600-700 intervalında bal toplayıb.

Naxçıvan məktəbləri buraxılış imtahan nəticələrinə görə ölkə üzrə bölgələr arasında ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb.

Muxtar respublikada yaxın illərdə daha 10-a yaxın uşaq bağçasının və bir neçə müasir məktəb binasının tikintisi nəzərdə tutulur.

Təhsilin idarəolunmasında şəffaflığın təmin olunması, bərabər imkanların yaradılması, respublika və beynəlxalq olimpiadalarda göstəricilərin yaxşılaşdırılması Səlahiyyətli Nümayəndəlik tərəfindən qarşımıza qoyulan ən vacib tapşırıqlardandır.

Bütün bunlar barədə Naxçıvan televiziyasının “Üzbəüz” proqramında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib.

Qeyd edək ki, “Üzbəüz” proqramını avqustun 11-də saat 21:00-da Naxçıvan Televiziyasında izləyə bilərsiniz.

Editor

Related Posts