Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyənin aerokosmik şirkəti Azərbaycanda kapitalını 3 dəfə azaltdı

Türkiyənin aerokosmik şirkəti Azərbaycanda kapitalını 3 dəfə azaltdı

“Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) tərəfindən bu ilin may ayında Azərbaycanda yaradılan “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalını azaldır.

Birinci24.com xəbər verir ki, bu barədə elan “Vergilər” qəzetində dərc olunub.

Elanda qeyd olunur ki, “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalının 1,5 milyon dollardan 500 min dollara kimi azaldır. Bildirilir ki, kreditorlar tələblərini bir ay müddətdində Bakı ş., Yasamal ray., H.Cavid pr., ev 25 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Turkish Aerospace Azerbaijan” MMC-nin qanuni təmsilçisi Uğur Güləndir.

Editor

Related Posts