Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb

Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb

Dövlət Proqramı çərçivəsində Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Dövlət Proqramına uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb.Layihənin icrası məqsədilə yenidənqurma işlərinin aparılması ilə bağlı hazırlıq işləri həyata keçirilir.

Beton kanal əsasən Bənəniyar su anbarının doldurulması üçün istifadə olunur. 17.4 milyon kubmetr su tutumu olan anbar Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanal yenidən qurularaq sukeçirmə qabiliyyətinin saniyədə 3 kubmetrdən 5 kubmetrə çatdırılması su anbarının qısa müddətdə doldurulmasına zəmin yaradacaq.

Həyata keçirilən işlərin nəticəsində isə suvarma dövründə Əlincəçaydan digər suvarılan sahələrə suyun verilməsi mümkün olacaq. Kanalın su keçiricilik qabiliyyətinin artırılması hesabına yaz və payız aylarında suyun əsasən çox olduğu dövrdə həm su anbarının tam doldurulmasını təmin etməklə yanaşı, həm də kanalın altında yerləşən əkin sahələri və həyətyanı sahələrin suvarılmasına nail olunacaqdır. Kanalda su itkisinin azalması hesabına kanalaltı əkin sahələrinin şoranlaşmasının qarşısı alınacaq, subölüşdürücü qurğunun bərpası isə Əlincə çayının suyunun bölünməsi və idarə edilməsini asanlaşdıracaqdır.

Editor

Related Posts