Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Səməndər Rzayevə dedi ki, bir az çalışsa, Arif Quliyevə çatacaq”

“Səməndər Rzayevə dedi ki, bir az çalışsa, Arif Quliyevə çatacaq”

“Bilirəm ki, gənclər tanımırlar onu. Bu, bizim bədbəxtçiliyimizdir. Bizim çox dahi aktyorumuz olub. Səməndər Rzayev. Allah rəhmət eləsin. Həddindən artıq istedadlı idi. Adi bir şey deyim. “Kral Lir” filmini Azərbaycan dilində elə dublaj etmişdi ki, onu oynayan aktyor demişdi ki, mənim filmimin baxılma səbəbi o aktyorun səsi idi. 40 yaşında ölüb getdi, indi də yerini dolduran yoxdur. Səməndər Rzayevdən heç vaxt gəlməyəcək”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Şən gənc” verilişində deyib. O, qastrollardan birində rayon prokurorunun mərhum Əməkdar artist Səməndər Rzayevi tanımadığını və onu mərhum Xalq artisti Arif Quliyevlə müqayisə etdiyini bildirib:

“Qastrolda idik. Həmin il rayon prokurorunun qızı ali məktəbə girmişdi. Bizə – Azərbaycan Dövlət Akademik Milli Dram və Sumqayıt teatrlarının aktyorlarına qonaqlıq verirdilər. Birdən bu prokurur söz aldı. Səməndər Rzayevə dedi ki, biz sizin heyranınızıq, sizə valeh olmuşuq, çox sevirik. Amma mən belə fikirləşirəm ki, Səməndər müəllim bir az da çalışsa, Arif Quliyevə çatacaq. Biz şok olduq. Arif Quliyev komediya aktyorudur, Səməndər Rzayev isə tam başqa. Yaman pis oluruq biz, səhv düşəndə yerimiz. Amma təəssüflər olsun ki, o yerləri bizə səhv saldırırlar. Ona görə də zərgər kimi diqqətli olun. Hər bir şeyin, istər əşyanın, istərsə də canlının düzgün qiymətini verməyi bacarın. Onda həyatda udacaqsınız”.

Qeyd edək ki, S.Rzayev 1986-cı ildə 41 yaşında vəfat edib. Sənətçi “Ad günü”, “Babək”, “Babamızın babasının babası”, “Bəyin oğurlanması”, “Uşaqlığın son gecəsi” kimi filmlərdə rol alıb. O, “Arxadan vurulan zərbə”, “Ad günü”, “Alma almaya bənzər”, “Tütək səsi” kimi bir çox ekran işinin səsləndirilməsində iştirak edib.

A.Quliyev 2021-ci ildə 70 yaşında dünyasını dəyişib.

Editor

Related Posts